...

Bakının ticarət obyektlərində bahalaşma müşahidə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr / Trend , müxbir Ü.İsmayılova /

Avqustda Bakıda qeyri yaşayış obyektinin bir kvadrat metrinin qiyməti 0,4 faiz azalaraq 3 min dollar olub. İyulda bu göstərici 3,011 min dollar olub, şənbə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumatda deyilir. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 18,8 faiz azalıb.

Qiymətlərin 8,2 faizlik artımı Bakının Xətai rayonunda, 4,1 faizlik azalması isə Yasamal rayonunda müşahidə edilib.

Ticarət obyektlərinin kirayə qiymətləri isə 0,2 faiz azalıb.

Avqustda bazarda təkliflər 4,3 faiz artıb. Bazar portfelinin böyük hissəsini Nərimanov rayonunda (24 faiz), həmçinin Nəsimi (18,5 faiz), Yasamal (15,6 faiz), Səbail (15,3 faiz), Xətai (9,9 faiz) və digər rayonlarda edilən təkliflər təşkil edib.

Ticarət əmlakının ekspozisiya müddəti avqust ayında bir faiz artıb.

Toplu cədvəl şəhərin zonaları üzrə qiymətlərin dəyişilməsini göstərir:

Şəhərin zonaları

Bir kvadrat metrə görə orta qiymət dollarla

Orta qiymətlərin dəyişilməsi faizlə

I

4930

-0,9

II

3518

-0,9

III

2200

-0,4

IV

885

-9,2

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti