...

Azərbaycanın sığorta şirkəti bank sığortası sahəsində xidmətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2009 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bazar ertəsi Azərbaycanın sığorta şirkəti "Günay Anadolu"dan verilən məlumata görə, şirkət bank əməliyyatları sahəsində xidmətə başlayıb.

Şirkətdən deyiblər ki, şirkət təsisçisi Günay Bankın vasitəçiliyi ilə girov əmlaklarının sığortasına başlayıb.

Mənbənin verdiyi məlumata görə, şirkət bu günə girov əmlaklarının sığortası üzrə ümumi dəyəri 30 min manat olan 89 müqavilə imzalayıb. Bütün müqavilələr bir il müddətinə bağlanıb.

Şirkətdən həmçinin deyiblər ki, "Günay Anadolu" əvvəllər bank əməliyyatlarının sığortası ilə məşğul olmayıb.

Bank əməliyyatlarının sığortası şirkətin səhmdarları tərəfindən qərara alınıb.

1992-ci ildən fəaliyyət göstərən "Günay Sığorta" şirkətinin təsisçisi Günay Bank səhmdar bankıdır. Şirkətin nizamnamə kapitalı 1.6 milyon manatdır. Yanvar-avqust ayları ərzində şirkət 1.27 milyon manat sığorta haqqı yığıb. Verilən zərər ödənişləri isə 0.14 milyon manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti