...

Bakının baş planını hazırlayacaq şirkətin adı gələn həftə elan ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin tender komissiyası "Böyük Bakının regional inkişafı planı"nın işlənməsi üzrə təkliflərin aşkar edilməsi prosesini davam etdirir", - Komitənin informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cahangir Qocayev cümə axşamı məlumat verib.

"Tenderin nəticələri gələn həftə elan edilə bilər", - Qocayev deyib.

Onun sözlərinə görə, tender komissiyasının qalibin müəyyən edilməsini gecikdirməsinin səbəbi bütün təkliflərin cəlbedici və müxtəlif olması olub.

Tenderdə iştirak üçün dünyanın 21 ölkəsinin 34 şirkətindən ərizə qəbul olunub. Onlardan tenderə 6 qrup şirkət buraxılıb:

AS&P Albert Speer & Partners GmbH (Almaniya)

Moshe Zur Architects Town Planners Ltd., Marmanet organization & Projects, Management International Ltd.,Geoda Geographical Data, Landed Property, Mapping and Surveying Ltd. (İsrail)

EDAW, AECOM (ABŞ)

HOK (Hellmuth, Obata and Kassabaum) Inc., Development Planning Unit, (İngiltərə), Shaw Consultants International (ABŞ), Scott Wilson (Az. Office) (İngiltərə)

GHK Consulting (İngiltərə), Hansen Partnership (Avstraliya), Synergetics Ltd. (Azərbaycan

Urban Solutions (Hollandiya), Hansen Partnership (Avstraliya), Bakı Dövlət Layihə İnstitutu (Azərbaycan)

Tender proseduru Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə keçirilir.

Tenderin şərtlərinə müvafiq olaraq, plan iki il müddətinə hazırlanacaq.

Plan "Böyük Bakı" adlandırılıb. Bakının köhnə planı qrafiki prinsipləri və paytaxtın 22 min hektar ərazisinin konsepsiyasını əhatə edirdi. Paytaxtın real ərazisi 219 min hektardan çoxdur.

Bakı şəhərinin sonuncu baş planı 1987-ci ildə qəbul edilib. Artıq bir ildir ki, Azərbaycan hökuməti tərəfindən, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən DB-nin krediti hesabına Böyük Bakının regional inkişaf planının hazırlanması üzrə layihə həyata keçirilir. Bu layihə özündə Bakı və Sumqayıtın, eləcə də Abşeron rayonunun yaxın 20 ilə perspektiv inkişafını əks etdirir. Belə layihələr Şərqi Avropanın bir sıra ölkələrində həyata keçirilib. Lakin onların heç biri paytaxtı şəhərətrafı regionla və 3 milyondan çox əhali ilə əhatə etməyib. Şübhəsiz, layihə Azərbaycanın şəhər planlaşdırmasında yeni mərhələ olacaq. Layihədə yeni texnologiyalar, məsələn, coğrafi-informasiya sistemi və s. tətbiq olunacaq.

Oktyabrın 8-nə olan rəsmi məzənnə: 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti