...

BVF 2009-cu ildə Azərbaycanda qeyri-neft sektorunun dörd faizlik artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondunun proqnozuna müvafiq olaraq, 2009-cu ildə Azərbaycanda ÜDM-in real artımı cüzi azalacaq, lakin 7,5 faiz təşkil etməklə müsbət qalacaq. 2010-cu idə isə 7,4 faiz təşkil edəcək. Bu barədə BVF-in Bakıdakı nümayəndəliyinin rəhbəri Koba Qvenetadze cümə axşamı Fondun "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatına həsr edilən mətbuat konfransında deyib.

"İqtisadiyyatın 7,5 faizlik ümumi artımı zamanı ölkənin neft sektorunun 11 faizlik artımı, qeyri-neft sektorunun isə 4 faizlik artımı proqnozlaşdırılır", - Qvenetadze deyib.

Onun sözlərinə görə, fondun proqnozu üzrə 2010-cu ildə neft sektorunun artımı 10 faiz, qeyri-neft sektorunun isə 5 faiz təşkil edəcək. ÜDM tempinin artması üzrə proqnozlar isə neftin qiymətindəki dəyişiklikdən asılı olaraq nəzərdən keçiriləcək. Neft ixracı Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rola malikdir.

"Güman edilir ki, 2009-cu ildə ölkədə inflyasiya azalaraq 2,2 faiz təşkil edəcək ki, bu da daxili tələbat və idxal edilən malların qiymətinin azalmasından asılı olacaq. 2010-cu ildə isə inflyasiya 5,3 faizədək artacaq", - Qvenetadze deyib.

Onun sözlərinə görə, ölkə üçün inflyasiya üzrə proqnozlar da nəzərdən keçirilə bilər ki, bu da 2010-cu il üçün dövlət büdcəsində əks olunan göstəricilərdən asılıdır.

"Azərbaycanda cari əməliyyatların hesabat saldosu 2009-cu ildə ÜDM-ə görə 19,6 faiz təşkil edib. 2008-ci ildə bu göstərici 35,5 faiz olub. 2010-cu ildə isə bu göstərici ÜDM-ə görə 23,1 faizədək artacaq", - BVF-in icmalında qeyd edilir.

BVF-ə görə, artım perspektivləri ölkənin enerji resurslarının ixracı üçün daha münasibdir. Proqnoza müvafiq olaraq, Azərbaycan və Özbəkistanda yalnız 2009-cu ildə orta azalma hiss ediləcək, 2010-cu ildə isə artım dəyişməz qalacaq. Çünki enerji resurslarının qiymətləri böhrandan sonra stabilləşəcək. Proqnoza müvafiq olaraq, Qazaxıstan istisnadır, onun iqtisadiyyatı bu il iki faiz azalacaq. BVF 2010-cu ildə 10 milyard dollarlıq antiböhran planı nəticəsində onun cüzi bərpasını gözləyir.

Azərbaycan hökuməti 2009-cu ildə ölkədə ÜDM-in artım sürətini 18,9 faiz səviyyəsində proqnozlaşdırır, lakin 10 fazilik artım gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti