Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir E.İsmayılov/
2010-cu ilin əvvəlindən böyük tutumlu (üç qapılı) sərnişin avtobuslarında ödənişlər plastik kartlar vasitəsilə həyata keçiriləcək, bu barədə cümə günü Azərbaycanın Nəqliyat Nazirliyi yanında "Bakısərnişinnəqliyyat" MMC-nin mətbuat xidmətinin başçısı Samir Həsənov bildirib.
"İlin əvvəlindən böyük tutumlu, üç qapılı sərnişin avtobuslarında gediş haqqının ödənilməsi üçün plastik kartların tətbiqi planlaşdırılır. Plastik kartlar xüsusi məntəqələrdə yükləniləcək və satılacaq", - Həsənov bildirib.
Həsənovun qeyd etdiyi kimi, böyük tutumlu avtobuslarda plastik kartların tətbiqi üçün xüsusi terminallar və turniketlər quraşdırılacaq. İlin əvvəlindən Azərbaycan Nazirlər Kabinetinin 141 № qərarı əsasında üç qapılı avtobuslara minik ön qapıdan olacaq. Sərnişinlər turniketdən keçəcəklər, düşərkən isə ikinci və üçüncü qapıdan istifadə edəcəklər. İki qapılı avtobuslarda minik yalnız ön qapıdan, eniş isə hər iki qapıdan həyata keçiriləcək.
Həsənovun bildirdiyi kimi, ilin əvvəlindən həmçinin orta tutumlu avtobuslarda bilet sistemi təbiq ediləcək. Həsənovun sözlərinə əsasən, bunun üçün avtobuslarda geidş bileti almaq üçün xüsusi aparatlar quraşdırılacaq.
"İlin sonuna kimi həmçinin istifadəyə yararsız az tutumlu, eyni zamanda orta tutumlu avtobusların marşrutlardan tamamilə çıxarılması planlaşdırılır. Orta tutumlu avtobuslar Bakı küçələrində hələ istifadə olunacaq, belə ki, böyük tutumlu avtobuslar bəzi küçələrdə rahat hərəkət edə bilmir və problem yaradır", - Həsənov bildirib.
Həsənovun bildirdiyi kimi, ilin sonuna kimi daha 1000 ədəd Koreyanın DAEWOO şirkətinin istehsalı olan böyük sərnişin avtobusalarının alınması planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]