...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 13:02 (UTC +04:00)

Azərbaycan,Bakı, 12 oktyabr / Trend , müxbir N/Ismayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80332 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 5-də 1 ABŞ dolları üçün 0,8035 manat, minimum isə minimum isə oktyabrın 8-də 1 ABŞ dollarına 0,8032 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

28 sentyabr

0,8035

5 oktyabr

0,8035

29 sentyabr

0,8034

6 oktyabr

0,8033

30 sentyabr

0,8035

7 oktyabr

0,8033

1 oktyabr

0,8034

8 oktyabr

0,8032

2 oktyabr

0,8035

9 oktyabr

0,8033

Həftə ərzində orta məzənnə

0,80346

Həftə ərzində orta məzənnə

0,80332

Həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (001 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80368 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib sentyabrın 29-da 0,8042 AZN/USD məzənnəsi ilə $0,8 mln , sentyabrın 30-da - 0,8034 AZN/USD məzənnəsi ilə $3,56 mln., oktyabrın 1-də - 0,8033 AZN/USD məzənnəsi ilə $1,3 mln, oktyabrın 2-də - 0,8034 AZN/USD məzənnəsi ilə $10,645 mln, oktyabrın 5-də - 0,8033 AZN/USD məzənnəsi ilə $4mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

28 sentyabr

0,8042

5 oktyabr

0,8033

29 sentyabr

0,8042

6 oktyabr

0,8033

30 sentyabr

0,8042

7 oktyabr

0,8034

1 oktyabr

0,8029

8 oktyabr

0,8033

2 oktyabr

0,8029

9 oktyabr

0,8034

Həftə ərzində orta məzənnə

0,80368

Həftə ərzində orta məzənnə

0,80334

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə əvvəlki həftəyə nisbətdə dəyişilməz qalıb. Özəlləşdirmə çeklərinin alışı 8, satışı isə 9 manata həyata keçirilib. Bir neçə ay qiymətlər 9-10 manat səviyyəsində saxlanılıb. Bu Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yeni strukturunun formalaşdırılması və yenidən təşkili ilə əlaqədar olaraq dövlət mülkiyyətinin özəlləşdiriməsi templərinin azalması ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Hazırda çeklərin 75 faizi dövriyyədən çıxarılıb. Onların növbəti dəfə dövriyyəsinin müddətinin uzadılması qeyri-müəyyən olaraq qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti