...

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2009 15:33 (UTC +04:00)
Azərbaycan Nyu-Yorkda oktyabrın 15-21-də keçiriləcək Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin dəniz administrasiyası rəhbərlərinin görüşündə təmsil olunacaq, bu barədə ölkənin Dövlət Dəniz Administrasiyasının çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 13 oktyabr / Trend /

Azərbaycan Nyu-Yorkda oktyabrın 15-21-də keçiriləcək Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin dəniz administrasiyası rəhbərlərinin görüşündə təmsil olunacaq, bu barədə ölkənin Dövlət Dəniz Administrasiyasının çərşənbə axşamı yayılan məlumatında deyilir.

Görüşdə təşkilata üzv olan 182 dövlətin nümayəndələri iştirak edəcək. Azərbaycanı bu tədbirdə Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov təmsil edəcək.

Tədbirdə dəniz təhlükəsizliyinin gücləndirilməsi, dəniz mühitinin mühafizəsi, piratçılıq və silahlı hücumlarla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin müvafiq təşkilatlar ilə əməkdaşlığın genişləndirilməsi kimi aktual məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti