...

Azərbaycanda pensiya yaş həddi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2009 17:29 (UTC +04:00)
Cümə günü parlamentin sosial siyasət üzrə komitəsinin iclasında "Əmək pensiyası haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik və əlavələr gözdən keçirilib, şənbə günü parlamentdən məlumat verilib.
Azərbaycanda pensiya yaş həddi artırılacaq

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir Ü.İsmayılova /

Cümə günü parlamentin sosial siyasət üzrə komitəsinin iclasında "Əmək pensiyası haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik və əlavələr gözdən keçirilib, şənbə günü parlamentdən məlumat verilib.

"Ölkə prezidentinin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan qanun layihəsində yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtləri dəyişdirilir", - komitənin başçısı Hadı Rəcəbli iclasda deyib.

Onun sözlərinə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda onlara yaşa görə əmək pensiyası hüququ verilir.

Düzəlişlərə müvafiq olaraq, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012 -ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərinin də dəyişdirilməsi nəzərdə tutulur.

Eləcə də, sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşa qədər tərbiyə etmiş və azı 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddinin 5 il azaldılması da nəzərdə tutulur.

Ətraflı müzakirələrdən sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend

Xəbər lenti

Xəbər lenti