...

Azərbaycan və Rusiya Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlıqda liderdir – Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2009 17:41 (UTC +04:00)
Rusiya və Azərbaycan hazırkı şəraitdə Qafqaz və Xəzər dənizi regionunda yeni regional nizam-intizamın formalaşdırılmasında vacib rol oynayır. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev bildirib.
Azərbaycan və Rusiya Cənubi Qafqazdakı iqtisadi tərəfdaşlıqda liderdir – Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir Y.Ostapenko/

Rusiya və Azərbaycan hazırkı şəraitdə Qafqaz və Xəzər dənizi regionunda yeni regional nizam-intizamın formalaşdırılmasında vacib rol oynayır. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev bildirib.

"Rusiya və Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşdırlar, bundan əlavə, onlar Qafqaz-Xəzər hövzəsində regional nizam-intizamın formalaşdırılması prosesinin fəal iştirakçılarıdırlar", - Nuriyev çərşənbə axşamı Moskvadakı konfransdan qayıtdıqdan sonra bildirib.

Oktyabrın 14-dən 17-dək Moskvada Rusiyanın Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin birgə layihəsi həyata keçirilib. Dəyirmi masanın mövzusu "Rusiya-Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri" olub.

Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətindən konfransda Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Fərhad Məmmədov və müstəqil ekspert Rasim Musabəyov da iştirak edib.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunda keçirilən dəyirmi masa zamanı Rusiya və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlığın bütün aspektləri müzakirə olunub. Müzakirələr zamanı əsas diqqət həmçinin Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin cari vəziyyətinə ayrılıb.

Çıxışları zamanı Nuriyev qeyd edib ki, Azərbaycanın xarici siyasət kursu ilk novbədə Azərbaycanın milli maraqlarının nəzərə alınması ilə tarazlaşdırma və çoxşaxəliliyə, qarşılıqlı əsasda beynəlxalq struktura ardıcıl inteqrasiya prinsipinə əsaslanıb və əsaslanır.

"Ölkənin xarici siyasətinin çoxşaxəliliyinin əsas üstünlüyü hər bir tərəfin təşəbbüs göstərə bilməsi üçün meydan yaradan geniş perspektivlərdir", - Nuriyev qeyd edib.

Nuriyevin fikrincə, çox qədim tarixi əlaqələr və güclü iqtisadi qarşılıqlı fəaliyyət Azərbaycan və Rusiya arasında hərtərəfli münasibətlərin inkişafının vacib sübutudur.

Onun sözlərinə görə, Azərbaycan hazırda iki böyük dövlətin - Rusiya və ABŞ-ın fəal və uğurlu əməkdaşlıq etdiyi siyasi məkandır. Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq, iki dövlətin maraqlarının toqquşduğu arena deyil.

"Həm Rusiyanın, həm də ABŞ-ın Ermənistan və Gürcüstanda müşahidə edilə bilən münaqişə və rəqabət üçün əsasları olduğu halda, Azərbaycana münasibətdə geniş anlayışı və bir çox təmas nöqtəsi var", - Nuriyev bildirib.

"Nizamlanma prosesi ətrafında baş verən hər bir şey qanqaraldıcıdır, çünki münaqişə hələ həll edilməyib", - dəyirmi masa zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə aid suallara mərkəzin rəhbəri belə cavab verib.

O, həmçinin Azərbaycanın Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası ilə əlaqədar dəqiq mövqeyini bir daha təkrarlayıb. "Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə paralel həyata keçirilməlidir", - deyən Nuriyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində Rusiyanın vacib rolunu qeyd edib.

"Azərbaycanın nümayəndə heyəti tərəfindən Rusiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi vacibliyinin səbəbləri göstərilib. Onlar arasında Şimali Qafqazda stabilliyin bərpasında "müsəlman amili səbəbindən" Azərbaycanın potensial səmərəli iştirakı yer alır", - o deyib. Daha bir böyük səbəb Azərbaycanın Türkiyə, İran, Mərkəzi Asiya ölkələri, bir sözlə Rusiyanın münasibətlərinin inkişafında maraqlı olduğu ölkələr ilə yaxşı münasibətləridir.

Xəbər lenti

Xəbər lenti