...

Azərbaycan Prezidenti İsveçrənin enerji üzrə federal müşaviri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2009 14:42 (UTC +04:00)
İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Moritz Leuenberger ilə görüşüb, xəbəri AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İsveçrənin enerji üzrə federal müşaviri ilə görüşüb

Bakı, Azərbaycan, 20 oktyabr / Trend /

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Moritz Leuenberger ilə görüşüb, xəbəri AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu sahədə gələcək əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Görüşdə eyni zamanda, bərpa olunan və alternativ enerji mənbələri sahəsində əməkdaşlıqla bağlı imkanların öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti