...

Gürcüstan və İsrail hava əlaqəsi ilə bağlı münaqişəni həll etdilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2009 11:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan və İsrail tərəfləri hava əlaqəsi ilə bağlı münaqişəni həll etdilər. Təl-Əvivdə keçirilən görüşdə Gürcüstanın "Milli Hava yolları" şirkəti ilə İsrailin "Arkiya" şirkəti danışıqlar aparıb.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin bildirdiyi kimi, tərəflər vaxtaşırı uçuşlar barədə razılığa gəliblər. Təl-Əviv danışıqlarında həmçinin sabahdan etibarən hər iki istiqamətə olan uçuşları bərpa etmək barədə də razılıq əldə olunub.

Hər iki tərəfdən olan aviadaşıyıcılar "uçuşların cədvəlinin liberal olacağı və bütün məhdudiyyətlərin aradan qaldırılacağına" dair yeni müqavilə imzalamaq barədə qərar veriblər. Bununla da sonrakı uçuşların cədvəli ilə bağlı problem olmayacaq.

İsrail ilə Gürcüstan arasındakı sərnişin daşımalarının həcmi ildə 25 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti