...

Azərbaycanın İsmayıllı rayonunun iqtisadiyyatı yüksək templərlə inkişaf edir – Preizdent İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 09:03 (UTC +04:00)
İsmayıllı rayonunun iqtisadiyyatı yüksək templərlə inkişaf edir, bu barədə cümə axşamı İlham Əliyev İsmayıllı şəhərində Olimpiya İdman Kmpleksinin açılışı zamanı bildirib. Bu barədə məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.
Azərbaycanın İsmayıllı rayonunun iqtisadiyyatı yüksək templərlə inkişaf edir – Preizdent İlham Əliyev

Bakı, Azərbaycan, 30 oktyabr / Trend /

İsmayıllı rayonunun iqtisadiyyatı yüksək templərlə inkişaf edir, bu barədə cümə axşamı İlham Əliyev İsmayıllı şəhərində Olimpiya İdman Kmpleksinin açılışı zamanı bildirib. Bu barədə məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.

"İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Mənə verilən məlumata görə, son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir" - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu , Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişaf etdiyini, ancaq bir sahədən, energetika sahəsindən asılı olmadığını göstərir.

"Əgər belə olmasaydı, bölgələrdə iqtisadi inkişaf sürətlə getməzdi", - İlham Əliyev qeyd edib.

"Həm sosial məsələlərin həlli, həm abadlıq-quruculuq, infrastruktura. Bu gün Bakıdan Şamaxıya, İsmayıllıya qədər yeni yol salınır, çox gözəl, keyfiyyətli, rahat. Əvvəllər yol çox pis vəziyyətdə idi. Siz də bunu yaxşı bilirsiniz. Amma bu gün bu, dünya standartları səviyyəsindədir. Bu yolun tikintisi davam edir. Yolun tikintisi sərhədə qədər, Balakənə qədər davam edəcəkdir. İstər-istəməz bu, özlüyündə artıq bu zonanın, bölgənin inkişafına təsir göstərəcəkdir. Yol olan yerdə turizm də inkişaf edəcəkdir. Mənə deyiblər, burda müasir, beşulduzlu yeni mehmanxana tikilir. İsmayıllı çox səfalı yerdir, gözəl təbiətə malik olan rayondur. Burada turizmin inkişafı üçün çox gözəl imkanlar vardır. Amma gərək turizmin inkişafı üçün şərait olsun. Yol, bütün infrastruktur, gözəl idman qurğuları, mehmanxanalar" - Prezident qeyd edib.

Onun sözlərinə əsasən, turizmin inkişafı rayonun iqtisadiyyatına çox böyük töhfə verəcəkdir.

"Onsuz da bizim rayonlarımızın tam əksəriyyəti dotasiya əsasında yaşayır. Rayonlarda yığılan vəsait rayonların fəaliyyəti üçün, yaşaması üçün kifayət deyildir. Yəni, bütün rayonlar dövlət büdcəsindən dotasiya alaraq öz işlərini qururlar və o cümlədən, infrastruktur, abadlıq işləri - bütün bunlar dövlət tərəfindən görülən tədbirlərdir. Ancaq infrastrukturun müasirləşməsi, mövcudluğu özəl sektoru da bu işlərə cəlb edəcəkdir", - Prezident İlham Əliyev bildirib.

"Bu gözəl Olimpiya Kompleksi dövlət tərəfindən tikilib. Mehmanxana özəl şirkətlər tərəfindən tikilir. Yol, elektrik stansiyaları, qaz xətləri, bütün infrastruktur layihələrini dövlət öz üzərinə götürüb. Məktəblər, tibb məntəqələri - İsmayıllıda son illər ərzində bir neçə məktəb tikilib və bu proses hələ davam edir. Özəl sektorun inkişafı üçün də şərait yaradılır, dəstək verilir, o cümlədən də maliyyə dəstəyi, kreditləşmə, sahibkarlığın inkişafı, kənd təsərrüfatına dövlət tərəfindən edilən subsidiyalar və s.", - dövlət başçısı əlavə edib.

Prezidentin sözlərinə əsasən, Azərbaycanda kənd təsərrüfatı artır, sənaye artır, iqtisadiyyat artır. Bütün başqa ölkələrdə isə iqtisadiyyat böhrana görə aşağı gedir, haradasa 10 faiz, haradasa 20 faiz. "Azərbaycanda iqtisadi artım 6 faizdir. Bəziləri bunu neft amili ilə bağlayırdılar ki, Azərbaycanda neft hasil edilir, ona görə iqtisadi artım vardır. Neft başqa ölkələrdə də çıxarılır, bizdən daha da böyük həcmdə. Ancaq o ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, Azərbaycanda isə inkişaf edir. Nəyin hesabına? Düzgün siyasətin hesabına, düşünülmüş iqtisadi islahatların hesabına", - İlham Əliyev bildirib.

"Azərbaycanın bütün imkanları səfərbər edilib, potensial təhlil edilib, lazım olan qərarlar verilib, güclü investisiyalar xərclənib, bu gün də xərclənir. Bu, bütün ölkəmizi canlandırır" - Prezident qeyd edib.

Prezident İlham Əlieyev rayon sakinlərini Olimpiya kompleksinin açılması münasibəti ilə təbrik edib və onun səmərəli istifadə ediləcəyinə əmin olduğunu bildirib.

"Əminəm ki, İsmayıllıda idmançılar bu kompleksdən çox səmərəli şəkildə istifadə edəcəklər və Azərbaycanın idman şöhrətinə ismayıllılar da öz töhfələrini verəcəklər. Burada idmanla məşğul olmaq üçün bütün şərait vardır. Burada ən müasir standartlar tətbiq olunub. İsmayıllı rayonu üçün belə bir kompleksin yaradılması çox əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycanın demək olar, bütün bölgələrində belə gözəl idman qurğuları tikilib, biri də İsmayıllıda. İdman sağlamlıq deməkdir və hər bir ölkənin inkişafının əlamətidir. Mən istəyirəm ki, İsmayıllıdan olan idmançılar da Olimpiya oyunlarında medallar qazansınlar və dünya çempionatlarında yüksək yerləri tutsunlar" - Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti