Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müvafiq sertifikatı olmayan və təhlükəli malların satışının qarşısını almaq məqsədilə kompleks tədbirlkər həyata keçirməyə başlayıb. Bu barədə Dövlət Komitəsindən cümə günü yayılan məlumatda deyilir.
Təhlükəli mallar siyahısına bunlar daxildir:
- "NEVALUX" - Rusiya istehsalı olan qaz sobaları;
- Ukrayna və Almaniyanın birgə istehsalı olan "Vents" ventilyasiya sistemləri;
- İtaliya istehsalı olan "NOVO-FLORİDA" istilik sistemləri;
- Avtomobillər üçün akkumulyator - "MUTLU" və Türkiyə istehsalı olan "Reqal" məişət texnikaları;
- Koreya istehsalı olan "Kiturami" istilik sistemləri;
- "Minox" mətbəx avadanlığı;
- İran istehsalı olan "Mashhad Davam Co" qaz sobaları;
- "Təbriz Load" şirkətinin istehsalı olan "Adrian" istilik sobaları.
2008-ci ilin qış aylarında keyfiyyətsiz qaz-istilik sobalarından istifadə nəticəsində Azərbaycanda bir neçə evdə partlayışlar olmuşdu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]