...

İran bankı Bakıda yaşayış, ofis və ticarət kompleksinin inşasına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 11:34 (UTC +04:00)
Dünən İranın Azərbaycandakı səfirliyində İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhraminin iştirakı ilə İranın İxrac İnkişafı Bankı ilə Azərbaycanın "EL-Seni" tikinti şirkəti arasında 43 milyon avro məbləğində kredit müqaviləsinin imzalanması mərasimi olub. Bu vəsait Bakının Nəsimi rayonunda 59 milyon avro dəyərində 27 mərtəbəli yaşayış, ofis və ticarət kompleksinin inşası üçün nəzərdə tutulub.
İran bankı Bakıda yaşayış, ofis və ticarət kompleksinin inşasına kredit ayırıb

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir T.Cəfərov /

Dünən İranın Azərbaycandakı səfirliyində İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhraminin iştirakı ilə İranın İxrac İnkişafı Bankı ilə Azərbaycanın "EL-Seni" tikinti şirkəti arasında 43 milyon avro məbləğində kredit müqaviləsinin imzalanması mərasimi olub. Bu vəsait Bakının Nəsimi rayonunda 59 milyon avro dəyərində 27 mərtəbəli yaşayış, ofis və ticarət kompleksinin inşası üçün nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi üçün vəsaitin qalan hissəsini "EL-Seni" tikinti şirkəti təqdim edəcək. Kredit zəmanəti kimi Azərbaycan bankı "Zaminbank" çıxış edir.

İran bankının krediti inşanın başa çatmasından iki il sonra dörd faiz dərəcəsi ilə qaytarılacaq.

Kompleksin ümumi sahəsi 7500 kvadrat metr təşkil edir. Tikintini İranın "115-ci yol tikinti şirkəti" həyata keçirəcək. Materiallar, əsasən dəmir konstruksiyalar İrandan gətiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti