...

Azərbaycanda qoruyucu resperator-maskaların satışı üzrə obyektlərdə yoxlamalar başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2009 20:11 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə noyabrın 12-dən etibarən A/H1N1 virusunun yayılması səbəbindən əhalinin istifadə etdiyi qoruyucu maskaların (resperator) satışı ilə məşğul olan obyektlərdə yoxlamalara başlayacaq.
Azərbaycanda qoruyucu resperator-maskaların satışı üzrə obyektlərdə yoxlamalar başlayacaq

Azərbaycan, Bakı, 11 noyabr / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə noyabrın 12-dən etibarən A/H1N1 virusunun yayılması səbəbindən əhalinin istifadə etdiyi qoruyucu maskaların (resperator) satışı ilə məşğul olan obyektlərdə yoxlamalara başlayacaq.

"Yoxlamalar resperatorlara tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətinin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə aparılacaq", - nazirliyin məlumatında deyilir.

Yoxlamalar zamanı qanun pozuntusu aşkar edilən obyektlər barəsində qanunvericiliyə müvafiq olaraq tədbirlər görüləcək.

Bu gün ölkədə daha bir A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb. Onlardan əksəriyyəti digər olkələrdən gələn Azərbaycan vətəndaşları, biri isə Böyük Britaniya vətəndaşıdır.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti