Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanda böyüklüyünə görə üçüncü şəhər olan Sumqayıtda yeni TERM mehmanxanasının açılışı olub. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib.
Beşmərtəbəli mehmanxanada 23 standart nömrə və ikiotaqlı lüks nömrə var. Mehmanxanada üzgüçülük hovuzu, trenajor və fitnes-zal, futbol meydançası, sauna, uşaq əyləncə otağı, gözəllik salonu, masaj otağı və restoran fəaliyyət göstərəcək.
Oteldə həmçinin müasir tələblərə cavab verən konfrans zalı, açıq və örtülü avtomobil dayanacaqları var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]