...

Xalq Sığorta şirkəti yeni ofisə köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 17:50 (UTC +04:00)
"Xalq Sığorta" sığorta şirkəti yeni ofisə köçüb və 23 noyabr tarixindən Bakı, İnşaatçılar prospekti, 22L ünvanında fəaliyyət göstərir. Əlaqə nömrələri - tel: 598 00 66, faks: 404 43 02.
Xalq Sığorta şirkəti yeni ofisə köçüb

Azərbaycan, Bakı, 26 noyabr / Trend /

"Xalq Sığorta" sığorta şirkəti yeni ofisə köçüb və 23 noyabr tarixindən Bakı, İnşaatçılar prospekti, 22L ünvanında fəaliyyət göstərir. Əlaqə nömrələri - tel: 598 00 66, faks: 404 43 02.

"Xalq Sığorta" 2004-cü ilin dekabr ayında yaradılıb. Şirkət sığorta sahəsində fəaliyyət göstərməsinə dair lisenziyanı 2005-ci il mart ayının 25-də alıb. Şirkətin nizamnamə kapitalı 17,144 milyon manat təşkil edir.

Şirkət Azərbaycanın sığorta xidmətləri bazarında ilk yerlərdən birini tutur və yerli bazarın qabaqcıl sığortaçılar və bankları ilə, həmçinin xarici bazarda sığorta xidmətinin öndə gedən təkrar sığortaçıları ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti