...

Dağıstan ərazisindəki partlayış Azərbaycan və Rusiya arasındakı dəmiryol qatarlarının hərəkət qrafikinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2009 13:39 (UTC +04:00)
Dünən Dağıstan ərazisindəki dəmiryol xətlərində baş verən partlayış Azərbaycan və Rusiya arasındakı dəmiryol nəqliyyatında problem yaratmayıb. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Dağıstan ərazisindəki partlayış Azərbaycan və Rusiya arasındakı dəmiryol qatarlarının hərəkət qrafikinə təsir etməyib

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir E.İsmayılov/

Dünən Dağıstan ərazisindəki dəmiryol xətlərində baş verən partlayış Azərbaycan və Rusiya arasındakı dəmiryol nəqliyyatında problem yaratmayıb. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

"Partlayış hər iki istiqamətdə qatarların hərəkətinə mane olmayıb. Qatarlar qrafikə uyğun hərəkət edir", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, partlayış onların yollarından birində baş verdiyi üçün qatarlar hər iki istiqamətdə digər yolla fasilələrlə hərəkət edirlər.

Bakı-Tümen və Bakı-Moskva reysləri müvafiq olaraq Bakı vaxtı ilə saat 15:50 və 18:50-də paytaxtdan yola düşəcəklər.

Cümə axşamı Moskva vaxtı ilə saat 19:00-da Şimali Qafqaz Dəmir Yollarının (ŞQDY) Mahaçqala hissəsində "Mahaçqala-Port-Tarki" mənzilinin 2294 km-də lokomotivdə partlayış baş verib. Bu barədə ŞQDY-nin mətbuat xidmətindən məlumat verilib. Ölən və yaralananlar yoxdur. Partlayış nəticəsində lokomotivə cüzi ziyan dəyib və texniki xidmət üçün Mahaçqala stansiyasına göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti