...

Azərbaycanın istehlak bazarında daha 155 kq vaxtı ötmüş ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 17:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə ticarət obyektlərindən 155 kiloqramdan artıq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarıb.
Azərbaycanın istehlak bazarında daha 155 kq vaxtı ötmüş ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə ticarət obyektlərindən 155 kiloqramdan artıq vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarıb. Bu barədə cümə günü nazirlikdən yayılan məlumatda deyilir. Bu məhsullar arasında kolbasa və şirniyyat məhsulları, makaron məhsulları, yağ, süd və süd məhsulları, düyü, uşaq qidaları, pivə, meyvə şirələri, su, çay və s. olub.

İstehlakçı hüquqlarının pozulduğu bu faktlar Bakının Yasamal rayonunda, eyni zamanda, Gəncə, Balakən, Quba şəhərlərində aparılan monitorinqlər zamanı aşkar edilib.

İstehlakçı qanunlarının pozulmasına görə inzibati qanun pozuntusu barədə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələr tətbiq ediləcək.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə və etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti