...

Azərbaycan Prezidentinin qaz borclarının silinməsi barədə fərmanı əhali üçün böyük əhəmiyyət kəsb edir – azərbaycanlı iqtisadçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 13:01 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə imzaladığı fərman ölkə əhalisi üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin qaz borclarının silinməsi barədə fərmanı əhali üçün böyük əhəmiyyət kəsb edir – azərbaycanlı iqtisadçı

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə imzaladığı fərman ölkə əhalisi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanlı ekspert, iqtisad elmləri doktoru Oqtay Haqverdiyev belə hesab edir.

"Bu fərman əhali üçün böyük əhəmiyyət kəsb edir, bu borclar sayğacların olmadığı onilliklər ərzində toplanıb, problemlərin çoxluğu davam edib və qarışıqlıq yaranıb", - Azərbaycan Nazirlər Kabineti Aparatının iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin sabiq müdiri Haqverdiyev deyib.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borclarının silinməsini qərara alıb.

Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

Xəbər lenti

Xəbər lenti