...

VTB Bank (Azərbaycan) səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 14:58 (UTC +04:00)
VTB Bank (Azərbaycan) ASC dekabrın 29-da 16 milyon manat məbləğində olan səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsini başa çatdırıb.
VTB Bank (Azərbaycan) səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsini başa çatdırıb

Azərbaycan, Bakı, 30 dekabr / Trend /

VTB Bank (Azərbaycan) ASC dekabrın 29-da 16 milyon manat məbləğində olan səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsini başa çatdırıb. Bu barədə bankın məlumatında deyilir.

14 dekabr 2009-cu ildə elan olunmuş, hər birinin nominal dəyəri 0,2 manat olan 80 milyon adi adlı sənədsiz səhmlərin paylanması başa çatıb.

Bank isteqrazlarının yerləşdirilməsi anderraytoru "Brokdil-Az" MMC-dir.

Dekabrın 1-nə VTB Bankın aktivləri 16,06 milyon manat, nizamnamə kapitalı isə 7,815 miyon manat təşkil edib.

Hazırda VTB Bank (Azərbaycan) ASC-nin səhmlərinin 51 faizi Rusiyanın VTB Bank ASC-nə, 49 faizi isə Azərbaycan Respublikasının rezidentinə məxsusdur.

VTB qrupu Azərbaycan bazarına 2008-ci ildə çıxıb. VTB Bank (Azərbaycan) ASC-nin 06/06-634 saylı bank lisenziyası 2009-cu il martın 11-də Azərbaycanın Mərkəzi Bankı tərəfindən verilib.

Dekabrın 30-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti