...

Azərbaycana "donuz qripi" virusuna (A/H1N1 ) qarşı vaksinlərin ilk partiyası gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2010 20:49 (UTC +04:00)
Azərbaycana cümə günü "donuz qripi" virusuna (A/H1N1 ) qarşı vaksinlərin ilk partiyası gətirilib, Azərbaycanda yoluxucu xəstəliklər üzrə ÜST-nın mütəxəssisi Vüsalə Allahverdiyeva deyib.
Azərbaycana "donuz qripi" virusuna (A/H1N1 ) qarşı vaksinlərin ilk partiyası gətirilib

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycana cümə günü "donuz qripi" virusuna (A/H1N1 ) qarşı vaksinlərin ilk partiyası gətirilib, Azərbaycanda yoluxucu xəstərliklər üzrə ÜST-nın mütəxəssisi Vüsalə Allahverdiyeva deyib.

"Beynəlxalq Səhiyyə Təşkilatı Azərbaycan üçün 172 min doza vaksin ayırıb. Bu vaksinlər ölkəyə bir ay müddətində 5 mərhələdə gətirələcək", - Allahverdiyeva deyib.

Onun sözlərinə görə, vaksinlərin şənbə günü Bakının rayonlarına və ölkə regionlarına paylanması üçün Azərbaycan Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə veriləcək. "Vaksinləmə hamilə qadınlar, zəif immunitetli və xroniki xəstəliyi olan insanlar, həmçinin mümkün yoluxanlarla birbaşa əlaqədə olan işçilər arasında aparılacaq", - Taun Əleyhinə Stansiyanın direktorunun müavini Şair Qurbanov bildirib.

Qurbanov bildirib ki, ərazi poliklinikaları vasitəsilə risk qrupuna daxil olan insanların siyahısı tərtib edilib.

"172 min doza vaksin Azərbaycan əhalisinin 2%-i arasında vaksinləmə aparmağa imkan verir", - Qurbanov deyib.

Qurbanov qeyd edib ki, Respublika Taun Əleyhinə Stansiya müntəzəm olaraq yoluxma faktlarının aşkar edilməsi üçün analiz nümunələri almasına baxmayaraq, Azərbaycanda bu günədək 14 fakt qeydə alınıb və bütün xəstələr tam müalicə olunub.

Xəbər lenti

Xəbər lenti