...

Azərbaycanda regionda ilk dəfə olaraq ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2010 18:49 (UTC +04:00)
Cümə günü Bakı Fond Birjasında ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun 3 milyon manatlıq təmin edilmiş istiqrazlarının emissiyasının son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazların hamısı satılıb. AİF-in məlumatında deyilir. Fondun ipoteka istiqrazları emissiyasının ümumi həcmi 55 milyon manat təşkil edib.
Azərbaycanda regionda ilk dəfə olaraq ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası yerləşdirilib

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir Ü.İsmayılova/

Cümə günü Bakı Fond Birjasında ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun 3 milyon manatlıq təmin edilmiş istiqrazlarının emissiyasının son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazların hamısı satılıb. AİF-in məlumatında deyilir. Fondun ipoteka istiqrazları emissiyasının ümumi həcmi 55 milyon manat təşkil edib.

Ərizələr 4 sərmayadar tərəfindən təqlim edilib. Nominal üzrə ərizələrin ümumi dəyəri təkliflərdən iki dəfə çox olaraq 8,1 milyon manat təşkil edib. Nəticədə istiqrazların bütün həcmi tam yerləşdirilib.

Ümumilikdə, emisiya üzrə ərizələrin həcmi təklif həcmini iki dəfə keçərək 102 milyon manat təşkil edib. Bu da potensial sərmayədarların təmin edilmiş istiqrazlara böyük maraqlarının nəticəsidir.

Beləliklə, AİF ipoteka istiqrazlarının ilk emissiyasının yerləşdirlməsinin uğurlu hesab edir. Bu həmçinin regionda ipoteka ilə təmin edilmiş istiqrazların ilki emissiyası olub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 30 dekabr 2009-cu il tarixdə AİF-nun 75 milyon manatlıq istiqrazlarının emissiyasının yeni prospektini qeydə alıb. Onların yerləşdirilməsi ipoteka bazarının tələblərinə uyğun keçiriləcək.

Xəbər lenti

Xəbər lenti