...

Azərbaycanda "Naş moloçnik" əmtəə nişanlı kərə yağının satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 15:43 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yağlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın "Starakonstantinovskiy moloçnıy zavod" müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığını müəyyən edib.
Azərbaycanda "Naş moloçnik" əmtəə nişanlı kərə yağının satışı dayandırılıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yağlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın "Starakonstantinovskiy moloçnıy zavod" müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığını müəyyən edib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

"Bununla əlaqədar olaraq bu növ yağın satışının dayandırılması barədə idxalçı "Avrora" firmasına müvafiq göstəriş verilib və "Naş moloçnik" əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib", - məlumatda deyilib.

Araşdırmaların nəticəsi göstərib ki, bu məhsul insanın sağlamlığı və həyatı üçün təhlükəlidir. Yağın tərkibindən bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub və ümumi mikrobların sayının normadan bir neçə dəfə çox olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq "Avrora" firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilib və 200 qramlıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib.

Hazırda Dövlət Xidməti bakteriyalarla yoluxmuş kərə yağının məhv edilməsi, bu məhsulun dövriyyədən tamamilə çıxarılmasının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Dövlət Xidməti istehlakçıları insan həyatı və sağlamlığı üçün təhlükəli olan bu növ yağları almaqdan çəkinməyə çağırır.

Xəbər lenti

Xəbər lenti