...

Bakının təkrar mənzil bazarında satış stabil qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2010 16:22 (UTC +04:00)
2009-cu ilin dekabr ayında Bakının təkrar mənzil bazarında mənzilin bir kvadratmetrin qiyməti 3,7 faiz azalaraq, noyabrdakı 1231 dollardan 1186 dollara çatıb.

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ilin dekabr ayında Bakının təkrar mənzil bazarında mənzilin bir kvadratmetrin qiyməti 3,7 faiz azalaraq, noyabrdakı 1231 dollardan 1186 dollara çatıb. Bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

"Bu göstərici 2007-ci ildə müşahidə olunan göstəricidən azdır", - məlumatda deyilir.

Ötən ilin dekabr ayında Bakının heç bir rayonunda artım baş verməyib, ən çox ucuzlaşma isə Bakının Yasamal rayonunda qeydə alınıb - 4,1 faiz.

Bazarda təklif olunan mənzillərin payı orta qiymətlərdən aşağıdır və 58,2 faiz təşkil edib. Təkrar mənzil bazarında orta otaq göstəriciləri 2,5 faiz təşkil edib, dekabrda otaqların orta qiyməti 46,721 dollar, mənzillərin orta qiyməti isə 112,650 dollar olub.

Ötən ilin dekabr ayında sövdələşmələr noyabra nisbətən 0,6 faiz azalıb. Ötən ilin dekabr ayında təkrar mənzil bazarında yeni tikintilərin payı 59,2 faiz təşkil edib ki, bu da həmin ilin noyabr ayındakı göstəricidən çoxdur.

Təşkilatın ekspertlərinin hesablamalarına görə, Bakının təkrar mənzil bazarında təkliflər 2,8 faiz artıb. 2009-cu ilin iyun ayında ölkədə ipoteka kreditlərinin bərpa olunması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında həmin seqmentlərin satışı stabil qalıb, risklərin səviyyəsi yüksək olaraq qalır.

Ən fəal rayonlar yenə də Xətai, Nərimanov və Yasamal rayonları olub.

Ümumilikdə, 2009-cu ilin dekabrında bazara yeddi mindən çox təkrar mənzil obyekti təklif olunub. Bazarın portfelinin böyük hissəsini (79 faiz) Bakının Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarında təklif olunan mənzillər təşkil edib.

Xəbər lenti

Xəbər lenti