...

2009-cu ildə Sumqayıtda 1499 işsiz daimi işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 16:54 (UTC +04:00)
2009-cu ildə Sumqayıtda şəhər üzrə ümumilikdə 3057 işsiz şəhər Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb. Bu barədə şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.
2009-cu ildə Sumqayıtda 1499 işsiz daimi işlə təmin olunub

Azərbaycan, Bakı, 28 yanvar / Trend /

2009-cu ildə Sumqayıtda şəhər üzrə ümumilikdə 3057 işsiz şəhər Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb. Bu barədə şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

Bunlardan daimi işə düzələnlərin sayı 1499 nəfər təşkil edib. 654 nəfərə işsiz statusu verilib, təkrar müavinət nəzərə alınmaqla 655 nəfərə müavinət təyin olunub, 437 nəfər peşə kurslarına, 104 nəfər isə ictimai işlərə cəlb olunub.

Ötən il ərzində müvəqqəti iş üçün "Əmək Birjası"na 917 nəfər müraciət edib, 759 nəfər isə müvəqqəti işlərə göndərilib.

İşsiz vətəndaşların kütləvi fоrmada məşğulluq təminatlarını gücləndirmək məqsədilə 2009-cu ilin oktyabr ayında şəhərdə əmək yarmarkası keçirilib. Yarmarkada 20 dövlət, 27 qeyri-dövlət, və 241 fiziki şəxs tərəfindən 2651 vakant iş yerləri təqdim edilib. Vakant iş yerlərinin 569-u dövlət, 1452-si qeyri-dövlət, 630-u fiziki şəxslər tərəfindən təqdim оlunub. Əmək yarmarkasının yekununa görə, 597 işsiz vətəndaş münasib işlə təmin olunublar.

Xəbər lenti

Xəbər lenti