...

Azərbaycanın "SW Helicopter Services" şirkəti Rusiya istehsalı olan yeni vertolyotlar alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2010 16:27 (UTC +04:00)
Azərbaycanın "SW Helicopter Services" MMC şirkəti Rusiyanın "Ulan-Ude Aviasiya Zavodu" ASC-nin istehsalı olan bir sərnişin (VIP kompektasiyada) və 3 ədəd Mi-171 nəqliyyat vertolyotu alıb. Bu barədə MMC-nin baş direktoru Rövşən Əliyev çərşənbə axşamı bildirib.
Azərbaycanın "SW Helicopter Services" şirkəti Rusiya istehsalı olan yeni vertolyotlar alıb

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Azərbaycanın "SW Helicopter Services" MMC şirkəti Rusiyanın "Ulan-Ude Aviasiya Zavodu" ASC-nin istehsalı olan bir sərnişin (VIP kompektasiyada) və 3 ədəd Mi-171 nəqliyyat vertolyotu alıb. Bu barədə MMC-nin baş direktoru Rövşən Əliyev çərşənbə axşamı bildirib.

Əliyevin sözlərinə görə, yeni vertolyotlardan Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz şirkətlərinin işində istifadə olunacaq. Xüsusilə də bu vertolyotlar ARDNŞ-nin dəniz neft-qaz əməliyyatlarında istifadə ediləcək. Yeni hava gəmiləri bütün lazımi avadanlıqla, o cümlədən müasir naviqasiya sistemi ilə təchiz olunub.

Vertolyotlar yüklərin, avadanlıqların, sərnişinlərin, vaxta briqadalarının, o cümlədən dəniz-qazma qurğularının daşınması üçün uyğunlaşdırılıb. Vertolyotlar neft məhsullarının monitorinqinin aparılmasında da tətbiq edilə bilər. Bu barədə RBK xəbər verir.

Mi-171 vertolyotu Mi-8-in dərin modernləşməsindən ibarətdir. Hava gəmisi Milya adına Moskva Vertolyot Zavodunda hazırlanıb və Ulan-Ude Aviasiya Zavodunda istehsal edilir. Dünyanın müxtəlif ölkələrində 500-dən artıq Mi-171 vertolyotu müxtəlif modifikasiya və variantlarda istismar edilir.

"SW Helicopter Services" MMC Azərbaycan ərazisində aviasiya sahəsində fəaliyyət göstərən ən iri aviaşirkətdir. MMC 18 mart 2008-ci il tarixində hüquqi şəxs kimi qeydiyyatdan keçib və Dövlət Mülki Aviasiya Administrasiyasının verdiyi istismar haqqında şəhadətnamə və lisenziyaya malikdir.

Xəbər lenti

Xəbər lenti