...

AYİB Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinin müzakirəsində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2010 13:26 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti 2010-cu ilin mayında keçiriləcək "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri" mövzusunda konfransda iştirak edəcək. Bu barədə şəhər İcra Hakimiyyətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
AYİB Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinin müzakirəsində iştirak edəcək

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti 2010-cu ilin mayında keçiriləcək "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri" mövzusunda konfransda iştirak edəcək. Bu barədə şəhər İcra Hakimiyyətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Bu qərar AYİB nümayəndə həyətinin Sumqayıta səfəri çərçivəsində qəbul olunub. Nümayəndə heyətinə AYİB-in Bakı nümayəndəliyinin bankiri Əli Kamalov, Bələdiyyə və Ekoloji İnfrastruktur Layihələri Departamentinin nümayəndələri Akixiro Kudo və Henri Moykinen daxildir.

Bu, Sumqayıtda cari sosial-iqtisadi vəziyyətin və şəhərin gələcək inkişafı imkanlarının müzakirəsinə həsr olunmuş doqquzuncu elmi-praktik konfransdır. Konfrans zamanı həmçinin AYİB nümayəndələrinin şəhər sahibkarları ilə görüşləri gözlənilir.

Konfransda müxtəlif nazirliklərin, elmi-tədqiqat institutlarının nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti şəhərdə məişət tullantılarının emalı üzrə müəssisənin inşasına dair layihənin maliyyələşdirilməsi ilə bağlı ilkin danışıqların aparılması üçün Sumqayıta səfər edib.

Xəbər lenti

Xəbər lenti