...

Azərbaycan Prezidenti yeni avtovağzal binasının açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2010 14:57 (UTC +04:00)
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak edib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti yeni avtovağzal binasının açılışında iştirak edib

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak edib. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, son dövrlərdə Qəbələdə tikilən infrastruktur obyektlərindən biri olan ikimərtəbəli yeni avtovağzal binası 1,5 hektar ərazidə inşa edilmişdir. Zəruri xidmət sahələri ilə təmin edilmiş binanın birinci mərtəbəsində kassalar, gözləmə və tibb otaqları, digər bölmələr vardır. Müasir üslubda inşa edilən obyektin ikinci mərtəbəsində isə inzibati otaqlar yerləşir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, ağaclar əkilmişdir.

Bildirilib ki, Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyəcəkdir. Həmçinin ölkədaxili istiqamətlərdə də yeni marşrutların açılması planlaşdırılır. Bundan əlavə, Türkiyə, Rusiya və MDB-nin digər dövlətlərinə də avtobus reysləri açılacaqdır. Bu, Qəbələ rayonuna turist axınının daha da artmasını təmin edəcəkdir.

Dövlətimizin başçısı avtovağzalın həyətində yeni avtobuslara baxıb və kollektivi təbrik etib.

Xəbər lenti

Xəbər lenti