...

"Respublika İnvest" Azərbaycanda broker xidmətləri bazarında liderliyini qoruyub saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 16:27 (UTC +04:00)
Fevralda dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) BFB-nin analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" MMC başçılıq edir.
"Respublika İnvest" Azərbaycanda broker xidmətləri bazarında liderliyini qoruyub saxlayıb

Azərbaycan, Bakı, 02 mart / Trend /

Fevralda dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) BFB-nin analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" MMC başçılıq edir; şirkət 2 müştəriyə ümumi dəyəri 11,74 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının (BFB) çərşənbə axşamı yayılan məlumatında deyilir.

İkinci yeri isə 3 müştəriyə ümumi həcmi 11,65 milyon manat olan broker xidmətləri göstərmiş "Caspian Financial ltd" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 6,8 milyon manatla "BoB Broker" MMC qərarlaşıb.

2010-cu il fevral ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlərin adı

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Respublika İnvest" MMC

8

2

11,740,069.70

2 (-)

2

"Caspian Financial ltd" MMC

5

3

11,650,456.04

3 (▲)

4

"BoB Broker" MMC

5

1

6,809,306.68

4 (-)

-

"Yapı Kredi İnvest" MMC

2

1

5,631,569.00

5 (-)

5

"Unicapital" ASC

1

1

4,000,000.00

6 (▼)

3

"Brokdil-Az" MMC

2

1

2,145,290.29

7 (-)

-

"Standard Kapital" MMC

2

1

1,311,484.13

8 (▼)

6

"Texnika Kapital Menecment" MMC

1

1

1,000,199.76

Martın 02-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti