...

QTİB dünya maliyyə böhranı dövründə portfelin keyfiyyətini saxlaya bilib. Bankın prezidenti ilə MÜSAHİBƏ

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 11:17 (UTC +04:00)
2010-cu ilin ortalarından Qara dəniz Ticarət və İnkişaf Bankında (QTİB) idarəçilik Türkiyədən Rusiyaya keçəcək. 2009-cu ilin dekabrında bankın işlər müdirlərinin növbəti iclasında qəbul olunmuş qərara görə, QTİB-in yeni prezidenti bankın hazırkı vitse-prezidenti, Rusiyanın nümayəndəsi Andrey Kondakov olacaq. O, 2010-cu ilin iyulundan öz vəzifəsinin icrasına başlayacaq.
QTİB dünya maliyyə böhranı dövründə portfelin keyfiyyətini saxlaya bilib. Bankın prezidenti ilə MÜSAHİBƏ

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Bədəlova/

2010-cu ilin ortalarından Qara dəniz Ticarət və İnkişaf Bankında (QTİB) idarəçilik Türkiyədən Rusiyaya keçəcək. 2009-cu ilin dekabrında bankın işlər müdirlərinin növbəti iclasında qəbul olunmuş qərara görə, QTİB-in yeni prezidenti bankın hazırkı vitse-prezidenti, Rusiyanın nümayəndəsi Andrey Kondakov olacaq. O, 2010-cu ilin iyulundan öz vəzifəsinin icrasına başlayacaq.

Kondakov 2014-cü ilədək QTİB-in prezidenti seçilib. Türkiyə bankın yaradıldığı vaxtdan - 1999-cu ildən ona rəhbərlik edir. Bankın hazırkı sədri Hayretdtin Kaplandır.

Trend -ın Qara dəniz Ticarət və İnkişaf Bankının hazırkı prezidenti Hayrettin Kaplan ilə müsahibəsi.

- İyuldan QTİB prezidenti postunu tərk edirsiniz. İdarə etdiyiniz müddətdə bankın fəaliyyətinin yekunlarını necə qiymətləndirirsiniz, belə ki, bu, dünya maliyyə sistemində ağır proseslərlə üst-üstə düşüb...

- 2010-cu ilin iyulunda mənim QTİB prezidenti postunda dördillik müddətim başa çatır. Bu, maraqlı dövr idi; idarə etdiyim müddətdə bankın əldə etdiyi nəticələrdən razıyam. 2006-cı ildə bankın kredit reytinqi Moody's Beynəlxalq Reytinq Agentliyi tərəfindən Baa2-dən Baa1-ə doğru yaxşılaşdırılıb. 2007-ci ildə isə proqnozlar "stabil"dən "müsbət"ə kimi artıb ki, bu da QTİB ölkələri səhmdarları üçün yüksəkdir.

Qara dəniz bankı həmin müddətdə öz portfelini artıra bilib, 2007-ci ildə əhəmiyyətli əməliyyat artımı - 60 faiz, 2008-ci ildə 30 faiz artım nümayiş etdirərək, 950 milyon dollara çatıb; həmçinin, portfelin əla keyfiyyətini saxlayıb. Dünya iqtisadi böhranı bankın qarşısına bir neçə vəzifə qoyub ki, bu da əsasən, regionda bizim əməliyyatların maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kapital bazarında vəsait cəlb olunmasına aiddir. Digər tərəfdən, kredit bazarlarının dondurulması regional banklar və şirkətlərin bank maliyyələşdirməsinə tələbatını artırıb.

Eyni zamanda, QTİB öz portfelinin keyfiyyətinin qorunması və reytinqinin saxlanmasına ehtiyatlı yanaşmalı idi. Bu, kreditləşmə üzrə əməliyyatlarda ləngliyə səbəb oldu, lakin bank ardıcıl olaraq altı il xalis mənfəət yerləşdirməklə, portfelin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdıra, həmçinin, öz kredit reytiniqini saxlaya bilib.

Bundan əlavə, bank həmin dövrdə öz beynəlxalq portfelini xeyli genişləndirib və Avropa İnvestisiya Bankı, Nordic Investment Bank kimi aparıcı beynəlxalq maliyyə institutlarını və ikitərəfli Avropa donorlarını (Almaniyanın DEG, Avstriyanın Development Bank və Fransanın PROPARCO) müşahidəçi qismində QTİB-ə qoşulmaq üçün cəlb edib. Ən mühüm olanı odur ki, bankın fəaliyyəti QTİB ölkələri - səhmdarları tərəfindən güclü dəstək alıb. 2008-ci ildə onlar bu il yeni kapital ödənişinə başlanmasını nəzərə alaraq, abunə kapitalını iki milyard SDR-ə (3 milyard dollara yaxın) kimi artırmağı qərara alıblar. Mən şadam ki, Azərbaycan hökuməti öz payını 2 faizdən 5 faizə kimi artırmaq yolu ilə banka öz inamını ifadə edib.

- Bu gün QTİB QİƏT ilə fəaliyyətini nə dərəcədə səmərəli koordinasiya edib? Bank QİƏT çərçivəsində həyata keçirilən konkret layihələri maliyyələşdirir?

- Bank QİƏT ilə bütün səviyyələrdə yaxşı əməkdaşlığı və koordinasiyanı inkişaf etdirir və dəstəkləyir. QİƏT-in rəhbər orqanlarının iclaslarında və QİƏT institutları arasında yaradılmış koordinasiyada müntəzəm iştirakdan əlavə, biz QİƏT işçi qruplarının layihə fəaliyyətinə yardım göstəririk. Bank potensial regional layihələrin inkişafı, əsasən, Qara dəniz dairəvi avtomobil dəhlizinin inkişafı üçün QİƏT çərçivəsində yaradılmış təşkilar komitələrinin işində iştirak edir. Biz işçi qruplar tərəfindən bank işi və maliyyə, energetika üzrə aparılan müzakirələrə yardım göstəririk; həmçinin, QİƏT-in bankın mandatına dair fəalyyətinə digər dəstək göstəririk. Məsələn, ötən il QTİB, QİƏT və Dünya Bankı tərəfindən İstanbulda keçirilən seminar üçün dünya böhranının regional təsiri üzrə, həmçinin, BMT İP-nin (BMT İnkişaf Proqramı) analoji tədbirləri üçün, Qara dəniz araşdırmaları üzrə Beynəlxalq Mərkəz, QİƏT və QTİB biznes şurası üçün analitik materiallar hazırlayıb. Bu ilin fevralında QTİB Direktorlar Şurasının və QİƏT Yüksək Vəzifəli Şəxslər Komitəsinin Direktorlar Şurasının birgə iclası keçirilib. İclas zamanı bizim əməkdaşlığımız öz müsbət qiymətini alıb. QTİB QİƏT tərəfindən irəli sürülən və bizim mandata uyğun istənilən layihənin maliyyələşdirilməsinə yenidən baxmağa hazır olduğunu bir daha bəyan edib.

Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalında pay hissəsinin artması banka ölkədəki əməliyyatların həcmini artırmağa nə dərəcədə kömək edə bilər?

- Azərbaycan bankın kiçik səhmdarları qrupuna daxildir. Həmin qrupda əməliyyatlarımızın inkişafı prioritetdir. QTİB-in bu qrup ölkələri krediti müştərək portfelə nisbətdə, xüsusilə də 2007-2008-ci illərdə çox sürətlə artıb. Hazırda Azərbaycan bankın kredit portfelində ümumi dəyəri 80 milyon olan əməliyyatlar üzrə imzalanan 13 müqavilənin nəzərə alınması ilə altıncı yeri tutur. 2006-cı ilin sonunda Azərbaycan üzrə portfelimiz isə təxminən, cəmi 30 milyon dollar təşkil edirdi.

Bankımızda ölkənin bank kapitalında pay hissəsi ilə risk perspektivləri nöqteyi-nəzərindən qiymətləndirilən maliyyə əməliyyatları həcmi arasında birbaşa əlaqə yoxdur. Azərbaycanın bankın kapitalında pay hissəsinin artması onun bank tərəfindən qəbul olunan qərarlar üzrə səsvermədə iştirak hüququnu gücləndirib.

- Bankın Azərbaycan üzrə yeni strategiyasına əməkdaşlığın hansı istiqamətləri daxil edilə bilər, Azərbaycanın İnvestisiya Şirkəti ilə imzalanan memorandum çərçivəsində əməkdaşlığın hansı perspektivləri nəzərdən keçirilə bilər?

- Bankın 2006-2010-cu illəri əhatə edən Azərbaycan üzrə cari strategiyası Azərbaycan hökuməti ilə əməkdaşlıqda, xüsusilə də qeyri-neft sektorunda milli inkişafın prioritetlərinin dəstəklənməsi üçün işlənib-hazırlanıb. QTİB-in məqsədi banklar tərəfindən baxılmağa qəbul olunan mikro, kiçik və orta müəssisələrin, ticarət maliyyələşməsi, xüsusilə də istehsal avandanlıqları, istehsalat vasitələrinin idxalının inkişafı, infrastrukturun inkişafı, telekommunikasiya, nəqliyyat, kənd təsərrüfatı və aqrobiznes sahəsindəki layihələrin maliyyələşdirilməsinin təmin olunmasıdır.

Bizim Azərbaycanda cari əməliyyat portfelimiz, xüsusən, kiçik və orta müəssisələrin inkişafının dəstəklənməsinə yönəlmiş maliyyələşmə imkanlarını təqdim edir; bank məhz real sektora böyük diqqət ayırır. 2010-cu ildə biz Azərbaycanda kimya sənayesində və tikinti sahəsində iki layihə təsdiq etmişik.

Ölkə üzrə 2011-2014-cü illər üçün nəzərdə tutulan növbəti strategiya bankın ortamüddətli strategiyası və hazırda hazırlanan biznes-plana uyğun olaraq işlənib-hazırlanacaq. Bankın idarə heyəti şurası tərəfindən ortamüddətli strategiyanın təsdiq olunmasından sonra, bank Azərbaycanda ölkə hökumətinə digər maraqlı tərəflər ilə birgə, eyni zamanda, qeyri-neft sektorunda investisiyalara yönəlmiş Azərbaycanın İnvestisiya Şirkəti və QTİB arasındakı qarşılıqlı anlaşma memoranduma uyğun olaraq özünün əməliyyat prioritetlərini müəyyənləşdirəcək.

- 2010-cu ildə region ölkələrindən hansının yeni layihələr həyata keçirilməsi planlaşdırılır və onlar hansı sektorları əhatə edə bilər?

- 2009-cu ildə qlobal maliyyə böhranı nəticəsində bankın artım sürətinin azalmasından sonra biz 2010-cu ildə müəyyən dərəcədə bərpa gözləyirik. Hazırda bankın əməliyyatlar həyata keçirdiyi bütün ölkələri əhatə edən, təxminən, 30 əməliyyat hazırlığın müxtəlif mərhələsindədir.

Əməliyyatların böyük əksəriyyəti, Azərbaycan da daxil olmaqla, üzv ölkələrimizdə yerli maliyyə institutları vasitəsilə təmin etdiyimiz bankın kiçik və orta müəssisələrin biznesinin inkişafının dəstəklənməsi ilə əlaqəlidir. Biz, həmçinin, kiçik və orta müəssisələri, enerji infrastrukturunun inkişafını maliyyələşdirən bir sıra fondların səhmdar iştirakı ilə investisiya imkanlarını nəzərdən keçiririk. İstehsalat sektorunda və su, günəş enerjisi istehsalı kimi bərpa olunan enerji mənbələri sahəsində bir sıra layihələr maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti