...

Aşqabadda Mərkəzi Asiyanın hökumətlərarası əlaqələndirici su təsərrüfatı komissiyasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2010 16:44 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 mart / Trend , müxbir H.Həsənov/

Yaxın zamanlarda Aşqabadda Mərkəzi Asiyanın hökumətlərarası əlaqələndirici su təsərrüfatı komissiyasının (MASK) iclası keçiriləcək. Məlumatı rəsmi türkmən mənbəsi verib.

MASK Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan respublikaları arasında "Dövlətlərarası mənbələrin su resurslarının birgə istifadəsinin idarə olunması və qorunması sahəsində əməkdaşlıq haqqında" 1992-ci il fevralın 18-də Alma-Atada imzalanan razılaşmaya əsasən yaradılıb.

MASK Aral dənizi hövzəsində dövlətlərarası mənbələrin su resurslarının səmərəli istifadəsi və qorunmasının idarə edilməsinə dair məsələlərin birgə həlli üzrə Mərkəzi Asiya dövlətlərinin regional orqanıdır.

Xəbər lenti

Xəbər lenti