...

Bakıda ilk dəfə olaraq "Qlobal İslam maliyyə sistemi" mövzusunda master-klas keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2010 18:16 (UTC +04:00)
Bakıda aprelin 27-dən 29-dək "Qlobal İslam maliyyə sistemi" mövzusunda ilk dəfə olaraq master-klas keçiriləcək. Tədbir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford İslam Maliyyə Təşkilatının müştərək şirkəti və İslam maliyyə sistemi üzrə qlobal lideri Dar əl-İstismar ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Bakıda ilk dəfə olaraq "Qlobal İslam maliyyə sistemi" mövzusunda master-klas keçiriləcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.İsmayılova/

Bakıda aprelin 27-dən 29-dək "Qlobal İslam maliyyə sistemi" mövzusunda ilk dəfə olaraq master-klas keçiriləcək. Bu barədə GRBS təşkilatçı şirkətinin məlumatında deyilir. Tədbir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford İslam Maliyyə Təşkilatının müştərək şirkəti və İslam maliyyə sistemi üzrə qlobal lideri Dar əl-İstismar ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Master-klas həm ənənəvi İslam kommersiya parametrləri, həm də İslam maliyyə sisteminin müasir tətbiqi haqqında yüksəksəmərəli və konkret misallar əsasında təşkil olunmuş sessiyalar toplusudur. Master-klas dərsləri şəriət alimləri və İslam maliyyə sisteminin mütəxəssisləri tərəfindən praktiki təcrübə və nəzəri biliklər arasında uyğun balans saxlamaqla keçirilir. Qiymətləndirməni uğurla keçən iştirakçılar Dar əl-İstismar və Oksford İslam Maliyyə şirkəti tərəfindən Sertifikatlarla təltif olunacaq.

Master-klas ingilis dilində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından İslam maliyyə sistemi üzrə təcrübəli peşəkar mütəxəssis və İslam maliyyə sistemi üzrə elmlər doktoru Səid Faruq tərəfindən aparılacaq. Tədris prosesi zamanı materialların daha yaxşı mənimsənilməsi üçün peşəkar tərcüməçilər tərəfindən və xüsusi avadanlıqlardan istifadə edilməklə Azərbaycan dilinə sinxron tərcümə xidməti təmin olunacaq. Master-Klas GRBS® Tədris Mərkəzində, "Qarabağ" treninq zalında keçiriləcək.

Bir iştirakçı üçün ümumi qiymət: 1600 AZN (11 Aprel 2010 tarixinədək qeydiyyatdan keçənlər üçün). Faks və ya E-mail: qeydiyyat formasını doldurub qeyd olunan nömrələrə (994 12) 437-10-51/ 61 və ya [email protected] elektron poçt ünvanına göndərin.

Xəbər lenti

Xəbər lenti