...

"Bank Standard" "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajının qalibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2010 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend /

"Bank Standard" tərəfindən keçirilən "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajının qalibi elan olunub. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Qalib 1 ədəd 106 sm (42 düym) diaqonallı, maye-kristal ekranlı televizor qazanıb.

Mart ayının 30-da "Bank Standard"ın baş ofisində keçirilən "Uduşlu pul köçürməsi" aksiyasının üçüncü tirajının qalibi "Səkkizinci" filialın müştərisi Rasim İsazadə olub. Tirajın qalibi öz hədiyyəsini almaq üçün Bakı şəhəri Azərbaycan küçəsi - 4 ünvanında yerləşən "Bank Standard"ın baş ofisinə müraciət etməlidir.

Oyun Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənən müstəqil komissiyanın nəzarəti altında keçirilib. Lotereya bankın yerli filiallarının bir sıra müştərilərinin iştirakı ilə keçirilib.

Xatırladaq ki, aksiyada iştirak etmək üçün "Bank Standard"da 1000 dollar, 1000 avro, 30 000 rubl və daha artıq məbləğdə təcili pul köçürmək və ya almaq şərtdir. Hər bir belə köçürmə müştəriyə növbəti tirajda bir şans qazandırır. Lotereya şanslarına məhdudiyyət qoyulmur.

Lotereyanın növbəti - dördüncü tirajı aprelin 26-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti