Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ü.İsmayılova/
Fevral ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakların orta satış qiymətində 0,1%, icarə qiymətlərində isə 0,2% artım qeydə alınıb. Bu barədə şənbə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.
Bakı şəhəri üzrə 1 kvadratmetr qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) yanvarda qeydə alınan 2 982 ABŞ dollarından 2985 dollara yüksəlib. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən rüblə müqayisədə 0,4% təşkil edib.
Fevral ayı ərzində bazarda təklif edimiş ticarət obyektlərinin həcmi yaşayış mənzillərinin birinci mərtəbəsində yerləşən obyektlər üzrə yeni təkliflər hesabına 2% artıb.
Bazara orta qiymətlərdən ucuz təklif edilmiş ticarət obyektlərinin payı bazarın ümumi portfelinin 54,7 faizini təşkil edib.
Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə ən çox qiymət artımı Qaradağ rayonunda (1%), ən çox qiymət azalması isə Sabunçu rayonunda (0,5%) müşahidə olunub.
Cədvəl zonalar üzrə dəyişiklik dinamikasını göstərir:
|
Şəhərin zonaları |
Fevralda orta qiymətlər |
Qiymət dəyişkənliyi (%-lə) |
|
I |
4919 |
0,2 |
|
II |
3491 |
0,1 |
|
III |
2160 |
-0,3 |
|
IV |
820 |
-0,7 |