Azərbaycanın sığorta şirkətinin haqları yanvar-mart aylarında, təxminən, 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2010 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın "AtaSığorta" sığorta şirkəti tərəfindən 837,6 min manat məbləğində haqq toplanıb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 24,5 % çoxdur. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Hesabat dövrü ərzində 135,7 min manat sığorta əvəzi ödənilib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 12,4 % çoxdur.

Yanvar-mart ayları ərzində şirkətin balans mənfəəti 228 min manata çatıb ki, bu da cari ilə proqnozlaşdırılan göstəricini 23,1 % ötüb.

"AtaSığorta" sığorta fəaliyyətinə 2004-c ilin sentyabrında başlayıb.

Xəbər lenti

Xəbər lenti