...

Fransa Azərbaycanın vergi sistemindəki yeniliklərə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycan Vergilər NazirliyiFransanın Dövlət Büdcəsi, Mühasibatı, Qulluğu və İslahatı Nazirliyi yanında Baş Maliyyə Direktorluğu arasındakı saziş çərçivəsində Fransa nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinə Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Cosain Lanteri və onun müavini Fransua Plesseri daxildir. Bu barədə nazirliyin məlumatında bildirilir. Səfər tanışlıq xarakteri daşıyıb. Həmçinin vergiqoyuluşu sahəsində təcrübə mübadiləsi aparılıb.

"Yaxın vaxtlarda Azərbaycanın vergi orqanları əməkdaşlarının öyrədilməsi üzrə danışıqlara başlanacaq. Eyni zamanda, bizi Azərbaycanda tətbiq olunan ƏDV-dən daxilolmaların depozit hesablarında toplanması mexanizmi, elektron hesab-faktura, o cümlədən əməkdaşların və menecmentin qiymətləndirilməsi və təkmilləşdirilməsi, iri vergiödəyicilərinə xidmətlərin göstərilməsi maraqlandırır", - Lanteri deyib.

Onun sözlərinə görə, bununla əlaqədar iki ölkənin vergi orqanlarının arasında görüşün təşkili planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti