...

Genuya şəhərində Azərbaycanın iqtisadiyyatına həsr olunmuş təqdimat keçirilmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 02:54 (UTC +04:00)

İtaliya, Genuya, 22 aprel /Trend S.Ağayeva/

Çərşənbə axşamı Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi tərəfindən və Azərbaycanın Genuya şəhərindəki Fəxri Konsulu xanım Marqarita Kostanın dəstəyi ilə Genuya şəhərində Azərbaycanın iqtisadiyyatına həsr olunmuş təqdimat  keçirilmişdir.

Tədbirdə mərkəzi Genuya şəhəri olan Liguriya regionunda fəaliyyət göstərən 40-a yaxın İtaliya şirkətləri, həmçinin "Liguriya İnternational" Assosiasiyasının prezidenti Franko Aprile, "World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta, Azərbaycanın İtaliyadakı Fəxri Konsulu xanım Marqarita Kosta, Genuya Ticarət Palatasının prezidenti Paolo Odone, habelə SİMEST (İtaliya şirkətlərinin xaricdə təşviqi üzrə Assosiasiya) və digər iqtisadi qurumların rəsmiləri iştirak etmişlər.  

Tədbiri çıxış sözü ilə açan Səfir Emil Kərimov, Azərbaycanda uğurla aparılan iqtisadi siyasət və Azərbaycanla və İtaliya arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə danışmışdır.

Səfir Emil Kərimov Azərbaycanda qeydə alınan iqtisadi və sosial inkişafın məhz, əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu vurğulamışdır.

"Liguriya İnternational" Assosiasiyasının prezidenti Franko Aprile çıxış edərək, Azərbaycanda qeyri neft sektorunda xüsusilə də gəmiqayırma, turizm, nəqliyyat sahələri üzrə mövcud perspektivlərdən danışmış və İtaliya iş adamlarını Azərbaycana səfərə dəvət etmişdir.

Sonra "World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta çıxış edərək, hazırda dünyada müşahidə olunan iqtisadi böhran və digər qlobal təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inamla inkişaf etdiyini qeyd etmiş və ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərindən danışmışdır.

Azərbaycanın İtaliyadakı Fəxri Konsulu xanım Marqarita Kosta öz çıxışında Liguriya regionunda ənənəvi olaraq gəmiçilik və turizm sahələrinin inkişaf etdiyini və bu istiqamətlər üzrə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğunluğunu vurğulamışdır.
Daha sonra Genuya Ticarət Palatasının prezidenti Paolo Odone çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud potensialdan tam istifadə edilməsinin vacibliyini vurğulamış və Liguriya şirkətlərinin Azərbaycan bazarına daxil olması üçün daha fəal olmalarını tövsiyə etmişdir.

Çıxışlardan sonra "Lider" telekanalı tərəfindən Azərbaycana dair hazırlanmış film (Welcome to Azerbaijan) nümayiş etdirilmişdir.

Bundan əlavə tədbirdə Səfirliyin 3-cü katibi M.Zülfüqarov tərəfindən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən təqdimat keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti