...

Azərbaycanın Əmək Nazirliyi sənəd mübadiləsi üzrə elektron sistemə keçməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2010 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birgə "Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi çərçivəsində sənəd mübadiləsi üzrə elektron sistemə keçəcək. Bu barədə cümə günü nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Elnur Sultanov bildirib.

"İlkin mərhələdə elektron sənəd mübadiləsi sistemi yalnız nazirliyin administrativ binasına tətbiq ediləcək, gələcəkdə isə nazirliyin bütün regional strukturlarını əhatə edəcək", - Sultanov deyib.

Onun sözlərinə görə, elektron sistemi ABŞ-ın "Korus Konsaltinq" şirkəti EMC sistemi üzrə tətbiq edəcək.

"Nazirlikdə elektron sənəd mübadiləsi sistemi sənədlərin səmərəlilik və operativliyinin təmin edilməsi, gələn və gedən sənədlərin operativ izlənməsi, əsasən də şikayətlərə baxmaq məsələsində şəffaflıq məqsədilə tətbiq ediləcək", - Sultanov bildirib.

"Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə Azərbaycan hökuməti və DB arasında imzalanan 54,6 milyon dollar miqdarında olan kredit müqaviləsi 2008-ci ilin noyabırında həyata keçirilib. DB layihənin maliyyələşdirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasının (10 il güzəştli dövr olmaqla, 35 il və hər il 0,75 faiz) şərtləri əsasında 26,7 milyon dollar həcmində kredit təqdim edib. Layihə 5 il müddətinə nəzərdə tutulur.

Layihə özündə 4 komponenti birləşdirib: tamamilə müasir əmək bazarı sistemi, həmçinin, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əmək mühafizə sistemi, məşğulluq xidməti işləri; sosial təminat sistemi siyasətinin formalaşdırılması; layihə idarəsi və pensiya sisteminin müasirləşdirilməsi.

Xəbər lenti

Xəbər lenti