...

Avro kursunun aşağı düşməsi Azərbaycanın valyuta ehtiyatlarına təsir göstərməyib - AMB rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2010 13:51 (UTC +04:00)
"Hazırda Yunanıstanda baş verən neqativ hadisələr nəticəsində avronun kursunun aşağı düşməsi Azərbaycanın strateji valyuta ehtiyatlarına öz təsirini göstərməyəcək", - Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
Avro kursunun aşağı düşməsi Azərbaycanın valyuta ehtiyatlarına təsir göstərməyib - AMB rəhbəri

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir N.İsmayılova/

"Hazırda Yunanıstanda baş verən neqativ hadisələr nəticəsində avronun kursunun aşağı düşməsi Azərbaycanın strateji valyuta ehtiyatlarına öz təsirini göstərməyəcək", - Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmov belə hesab edir.

"Biz mütəmadi olaraq valyuta kursunda olan dəyişiklikləri müşahidə edirik. Bu, xüsusən də, avro-dollar kursu arasında olan nisbətə aiddir. Avronun ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,89 bənd (faiz) ucuzlaşıb, 1,6 bənd isə möhkəmlənib", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, hal-hazırda əks-proses müşahidə olunur.

"Bizim valyuta ehtiyatlarımız, eyni zamanda, onların valyuta strukturu kifayət qədər yaxşı diversifikasiya edilib. Hətta ən güclü maliyyə böhranı dövründə belə, biz valyuta ehtiyatlarında itki müşahidə etməmişik", - Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatlarında dolların məzənnəsi avroya nisbətdə artsa da, avronun ucuzlaşması təhlükə doğurmur.

Bu həftə avronun kursu potensial valyuta ehtiyatlarının statusunu şübhə altında qoyaraq, minimum səviyyəyə enib.

İnvestorlar vahid valyuta kursuna mənfi təsir göstərən Yunanıstan və ona yaxın digər Avropa ölkələrində olan maliyyə vəziyyətinə görə həyəcan təbili çalmaqda davam edirlər.

Xəbər lenti

Xəbər lenti