...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2010 11:17 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) uzuclaşıb.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) uzuclaşıb. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80346 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 28, 29 və 30-da ABŞ dolları üçün 0,8035 manat, minimum isə aprelin 26 və 27-də bir ABŞ dollarına 0,8034 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

26 aprel

0,8034

3 may

0,8034

27 aprel

0,8033

4 may

0,8034

28 aprel

0,8035

5 may

0,8035

29 aprel

0,8035

6 may

0,8035

30 aprel

0,8033

7 may

0,8035

Həftə ərzində orta

0,8034

Həftə ərzində orta

0,80346

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,8034 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 3-də sövdələşmə həyata keçirilməyib. Ona görə də məzənnə əvvəlki 0,8034 AZN/USD səviyyəsində saxlanılıb. Mayın 4-də 0,8035 AZN/USD məzənnə ilə $4,782 milyon, mayın 5-də 0,8036 AZN/USD məzənnə ilə $3,84 milyon, mayın 6-da 0,8036 AZN/USD məzənnə ilə $2,975 milyon və mayın 7-də 0,8036 AZN/USD məzənnə ilə $1,652 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

26 aprel

0,8033

3 may

0,8034

27 aprel

0,8034

4 may

0,8035

28 aprel

0,8036

5 may

0,8036

29 aprel

0,8033

6 may

0,8036

30 aprel

0,8034

7 may

0,8036

Həftə ərzində orta

0,8034

Həftə ərzində orta

0,80354

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar bu gün çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə əlaqədar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti