...

Azərbaycanın Vergilər Nazirliyi nəzarət-kassa aparatlarına məlumatların ötürülməsi üçün 2000 cihaz quraşdırmaq niyyətindədir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2010 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Vergilər Nazirliyi nəzarət-kassa aparatlarına məsafədən məlumatların elektron qaydada ötürülməsi üçün qurğuların quraşdırılması üzrə pilot layihəni başa çatdırıb. Bu barədə vergilər naziri Fazil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ilin sonunadək iki minədək belə cihaz quraşdırılacaq.

Belə aparatların quraşdırılması üçün 500 min manata yaxın vəsait tələb olunur.

"Əgər vəsait ayrılarsa, biz əminik ki, onlar ayrılacaq, biz bu işi davam etdirəcəyik", -nazir deyib. - "Birinci mərhələdə biz qurğuları iri obyektlərdə, sonra isə orta və xırda cihazları quraşdıracağıq".

Onun sözlərinə görə, bu cihazların quraşdırılmasında əsas məqsəd kassa aparatlarının fəaliyyətinə günün başa çatmasını gözləmədən "onlayn" nəzarətdir. "Beləlikllə, biz dövriyyənin hansı səviyyədə olmasına nəzarət edə biləcəyik. Bizim qarşımızda duran başlıca məsələ nağd vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsidir", - Məmmədov deyib.

Əvvəllər ticarət obyektləri Vergilər Nazirliyinə ƏDV və ya sadələşdirilmiş vergi haqqında bəyannamələri müvafiq olaraq ayda və ya rübdə bir dəfə təqdim edirdilər. Belə qurğuların tətbiqi vergi orqanlarının nəzarət-kassa aparatları vasitəsilə əməliyyatların qeyd edilməməsinə operativ reaksiya verməsinə inkan verir.

Xəbər lenti

Xəbər lenti