Аzərbaycan, Bakı, 25 may /Trend/
Beynəlxalq Sığorta Şirkəti "rus sığorta bazarının şirkətləri ilə sıx əməkdaşlıq" nominasiyası ilə "Tərəqqi" mükafatına layiq görülüb, - bazar ertəsi şirkətdən yayılan məlumatda belə deyilir.
"Tərəqqi" mükafatını təqdimetmə mərasimi mayın 21-də Azərbaycan - Rusiya İş Əməkdaşlığı Palatası və Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.
"Tərəqqi" mükafatı artıq üçüncü ildir, təqdim olunur və Rusiya ilə Azərbaycan arasında ticari əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Azərbaycan şirkətləri onun laureatı olur.
Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları "Inqosstrax", "RussianRe", "Rosno", "Moskow RE", "Malakut", "Societe de Courtag RE" və digər sığorta şirkətləridir.
Mükafatın təqdimolunma mərasimində Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycan - Rusiya İş Əməkdaşlığı Palatasının sədri İsgəndər Xəlilov və başqaları iştirak ediblər.
2010-cu ildə "Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiq edilməsi " nominasiyası ilə BSŞ artıq ölkədə ən nüfuzlu mükafatlardan biri olan "Uğur" milli mükafatının laureatı olub.
Hal-hazırda BSŞ Azərbaycanın sığorta bazarında maliyyə sabitliyinə görə ən yüksək reytinqə malikdir (Insurance Financial Strength Rating, IFSR).