...

Əhalinin sağlamlığı – Azərbaycan üçün prioritet məsələlərdən biridir - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 15:12 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə birgə "2004-2010-cu illər üçün ailələrin reproduktiv sağlamlığı və planlaşdırılması" layihəsi çərçivəsində əhalinin sağlam həyat tərzi barədə məlumatlandırılması üzrə tədbirlər planı həyata keçirib, - bu barədə çərşənbə axşamı Azərbaycan Səhiyyə Nazirliyinin tibbi xidmətlərin təşkili üzrə şöbə müdiri Elmira Əliyeva məlumat verib.
Əhalinin sağlamlığı – Azərbaycan üçün prioritet məsələlərdən biridir - Səhiyyə Nazirliyi

Аzərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Səhiyyə Nazirliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə birgə "2004-2010-cu illər üçün ailələrin reproduktiv sağlamlığı və planlaşdırılması" layihəsi çərçivəsində əhalinin sağlam həyat tərzi barədə məlumatlandırılması üzrə tədbirlər planı həyata keçirib, - bu barədə çərşənbə axşamı Azərbaycan Səhiyyə Nazirliyinin tibbi xidmətlərin təşkili üzrə şöbə müdiri Elmira Əliyeva məlumat verib.

"Əhalinin sağlamlığı - dünyanın hər bir ölkəsi, o cümlədən, Azərbaycan üçün prioritet məsələlərdən biridir", - Əliyeva deyib.

Onun sözlərinə görə, altı il ərzində gerçəkləşən birgə layihə çərçivəsində onun iştirakçıları əhalinin, tibb işçilərinin ailələrin reproduktiv sağlamlığı və planlaşdırılmasının vacibliyi, həmçinin, yalnız qadınlar üçün deyil, ailənin digər üzvləri üçün problem olan arzuolunmaz hamiləliyin qarşısını almaq üçün kontraseptiv vasitələrdən istifadə haqqında məlumatlandırılması barədə tədbirlər həyata keçiriblər.

Əliyeva həmçinin qeyd edib ki, keçirilən tədbirlər çərçivəsində 2009-cu ildə anaların ölüm halı 24,3 faizə enib, bu göstərici 2008-ci ildə 26,5 faiz təşkil etmişdi. 2009-cu ilin yekun nəticələrinə əsasən, uşaqların ölümü 11,3 faiz təşkil edib.

"Qısa müddət ərzində istənilən nəticələri əldə etmək mümkün olmadığından, bu rəqəmlər hal-hazırda qənaətbəxş hesab edilir, lakin yaxın gələcəkdə səhiyyə naziri analar və uşaqların ən aşağı ölüm göstəricisinə nail olmaq niyyətindədir", - Əliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti