...

Bank Respublika kiçik və orta biznesin kreditləşməsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan bankı Bank Respublika mikrokreditlər, kiçik və orta sahibkarlara kreditlər üzrə faiz dərəcələrini aşağı salaraq biznes kreditləşməsinin genişləndirilməsi barədə qərar qəbul edib. Bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Qərar minimal risk göstəriciləri ilə digərlərindən fərqlənən tarixi kredit məhsullarının analizininin nəticələrinə əsasən qəbul edilib.

Bankın bütün öhdəliklərinin əlavə vəsait cəlb etmədən, vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirilməsinə imkan verən yüksək likvidlik, yuxarıda qeyd edilən kredit məhsullarını məhdudiyyətsiz və uzunmüddətli əsaslarda ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə təklif etməyə şərait yaradır.

Bank Respublika-nın məqbul kreditləşmə şərtləri və geniş xidmət şəbəkəsi isə sahibkarlara biznes, aqro, qrup, kiçik və orta sahiblarlıq üçün kreditlərini yalnız Bakı şəhərində deyil, Azərbaycanın 19 rayonunda almağa imkan yaradır.

Bank Respublika 1992-ci ildən etibarən fəaliyyətdədir və Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə qurumu: DEG və SIDT, səhmdar kapitalın 25%+1 payı ilə təmsil olunurlar. 1 iyun 2010-cu il tarixinə bankın kredit portfelinin həcmi 170,5 milyon manat təşkil edir. Bank Respublika son bir il ərzində kiçik və orta sahiblarlığın kreditləşdirilməsi üçün müxtəlif xarici maliyyə qurumlarından 31 milyon ABŞ dolları məbləğində kredit xəttləri cəlb etməyə müvəffəq olub.

Xəbər lenti

Xəbər lenti