...

Azərbaycan bankı DəmirBankın kredit portfeli il ərzində 40 milyon manatdan çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 15:56 (UTC +04:00)
DəmirBankın iyunun 1-nə olan aktivləri 282,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricilərini 70,5 milyon manat və ya 33,2 faiz ötüb.
Azərbaycan bankı DəmirBankın kredit portfeli il ərzində 40 milyon manatdan çox artıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan bankı DəmirBankın iyunun 1-nə olan aktivləri 282,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricilərini 70,5 milyon manat və ya 33,2 faiz ötüb. Bu barədə bankın məlumatında deyilir.

Bankın kredit portfelinin həcmi il ərzində 40,8 milyon manat artaraq 200 milyon manatı ötüb.

DəmirBankın müştəri depozitlərinin ümumi məbləği iyunun 1-nə 103,9 milyon manat təşkil edib. Əhalinin əmanətlərinin məbləği 81,2 milyon manata çatıb. Bununla da adıçəkilən göstəricinin müvafiq dövrdə artımı 70,2 faiz təşkil edərək 33,5 milyon manata çatıb.

DəmirBankın iyunun 1-nə olan nizamnamə kapitalı 19 milyon manat, ümumi kapital isə 47,8 milyon manat təşkil edib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti