...

İranın "Pars Metal" şirkətinin əməkdaşları mitinq keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2010 14:27 (UTC +04:00)

Bu gün "Pars Metal" şirkətinin 300 əməkdaşı İranın Prezident Aparatının qarşısında mitinq keçirib. Məlumatı ILNA xəbər agentliyi yayıb.

Mitinq iştirakçıları 5 aylıq maaşlarının verilməməsinə və işdən çıxarılmalarına etiraz ediblər.

Şirkət rəhbərliyi 12 ildir ki müqavilə ilə işləyən 150 nəfərin işdən çıxarılması haqqında qərar qəbul edib.

"Pars Metal" şirkətində ümumilikdə 450 işçi çalışır.  Şirkət əsasən boru istehsal edir və Tehranın qərbində yerləşir.

Xəbər lenti

Xəbər lenti