...

"Respublika İnvest" iyun ayında göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 19:32 (UTC +04:00)
İyun ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" MMC başçılıq edir.
"Respublika İnvest" iyun ayında göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib

Аzərbaycan, Bakı, 5 iyul /Trend/

İyun ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Respublika İnvest" MMC başçılıq edir. Şirkət 4 müştəriyə ümumi dəyəri 36,059 milyon manatlıq broker xidmətləri göstərib. Bu barədə birjadan verilən məlumatda deyilir.

İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 7,478 milyon manat olan broker xidmətləri göstərmiş "BoB Broker" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 6,038 milyon AZN-lə "UniCapital" qərarlaşıb.

2010-cu il iyun ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (-)

1

"Respublika İnvest" MMC

21

4

36,058,644.11

2 (▲)

5

"BoB Broker" MMC

6

2

7,478,348.24

3 (-)

-

"Unicapital" ASC

5

2

6,038,241.80

4 (▼)

3

"Brokdil-Az" MMC

2

1

5,038,200.00

5 (▼)

2

"Caspian Financial ltd" MMC

14

3

4,335,000.34

6 (▼)

4

"Texnika Kapital Menecment" MMC

6

3

1,221,277.86

7 (▼)

6

"Çelsi Kapital" MMC

1

1

108,834.88

Xəbər lenti

Xəbər lenti