...

İyunda Azərbaycanda deflyasiya 0,6% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 14:28 (UTC +04:00)
2010-cu ilin iyununda Azərbaycanda istehlak malları və xidmətlər üzrə qiymətlər may ayı ilə müqayisədə 0,6 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
İyunda Azərbaycanda deflyasiya 0,6% təşkil edib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

2010-cu ilin iyununda Azərbaycanda istehlak malları və xidmətlər üzrə qiymətlər may ayı ilə müqayisədə 0,6 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu zaman ərzaq mallarının qiymətləri 1,1 faiz, pullu xidmətlər üzrə tariflər və qiymətlər 0,1 faiz artıb; qeyri-ərzaq mallarının qiymətləri maydakı göstəricilər səviyyəsində qalıb.

Ötən ay düyü, buğda unu, qoyun əti, toyuq əti, pasterizə olunmuş və pasterizə olunmamış süd, kefir, təzə və dondurulmuş balıq, xama, kərə yağı, gilas, gavalı, çiyələk, alça, banan, pomidor, xiyar, badımcan, sarımsaq, soğan, kök, çuğundur, kartofun qiymətlərində azalma müşahidə olunub. Bahalaşma makaron və vermişel, kolbasa məmulatları, mal əti, marqarin, pendir, yumurta, zeytun yağı, qənd, limon, alma, kələm, portağal, qoz və göyərtinin qiymətlərində müşahidə olunub.

İyunda respublikada əhaliyə göstərilən pullu xidmətlərdə - dəmir yolunda və hava nəqliyyatında sərnişindaşımalarda tariflər bahalaşıb.

Xəbər lenti

Xəbər lenti