...

2011-ci ilin sonunadək Azərbaycan nəsilartırma yumurtaları üzrə daxili tələbatını tam ödəyə biləcək - SKDF-nin rəsmisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.Xəlilova/

2011-ci ilin sonunadək Azərbaycan nəsilartırma yumurtaları üzrə daxili tələbatını tam ödəyə biləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa (SKDF) Kömək Dövlət Fondunun icraçı-direktoru Şirzad Abdullayev deyib.

"Statistik məlumatlara görə, Azərbaycanda ildə 28 milyonadək yumurta istehsal edilir və nəticədə, quşçuluğun inkişafı üzrə səkkiz layihənin həyata keçirilməsi ilə ən azı, 60 milyon ədəd yumurtanın istehsalı təmin ediləcək ki, bu da bazarın tələbatlarını tam ödəməyə imkan verəcək", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yumurta istehsalının artması broylerlərin mövcudluğu ilə bağlı olan quş əti istehsalının həcminə də müsbət təsir göstərəcək.

Hazırda ölkədə ildə 80 min ton quş əti istehlak olunur. Gələcəkdə isə onun həcminin artacağı gözlənilir ki, bu da ət ixracına imkan verəcək.

Azərbaycan öz daxili istehsalı gücünə quşçuluq məhsulu ilə hələ ki 74 faiz təmin olunur.

SKDF müsabiqəyə təqdim edilən 13 təklifdən 8-ni təsdiq edib ki, bu da 26,9 milyon manat təşkil edir. Fondun güzəştli maliyyələşdirilməsi hesabına məbləğin 17,4 milyon manatı təqdim ediləcək.

Bu günədək quşçuluq təsərrüfatı üçün seçilən layihələrdən 3-ü Xızı rayonunda, Abşeron, İmişli, Salyan və İsmayıllı rayonlarında isə 1-i yerləşdirilib.

20 iyula rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti